...

Azərbaycan velosipedçisi titulunu qorumağa çalışacaq

İdman Materials 7 Mart 2015 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan velosipedçisi Maksim Averin titulunu qorumağa çalışacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, bu gün Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı "Porec Trophy" yürüşü keçiriləcək. Yarışda Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" da mübarizə aparacaq.

Bir günlük yarışda iştirakçılar 143 km məsafə qət edəcəklər.

Xatırladaq ki, ötənilki "Porec Trophy" turnirinin qalibi, Azərbaycanın Elit yığması və "Synergy Baku"nun üzvü M.Averin də bugünkü yarışda mübarizə aparmaqla titulunu qorumağa çalışacaq. Ona bu işdə İsmayıl İlyasov, Markus Eybeger, Yannis Tamuridis və Dennis van Vinden yardım edəcəklər.

"Porec Trophy" turnirinin də Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verdiyini nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini söyləmək olar.

Qeyd edək ki, M.Averin bunadək "İzola" Qran-Prisində 5-ci olmaqla 10, "Umag Trophy" yürüşündə isə 2-ci olmaqla 30 lisenziya xalı qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti