...

Yunan-Roma güləşçilərimizin Avropa Oyunları öncəsi sınağı

İdman Materials 1 Aprel 2015 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlkin İzzət/

Aprelin 4-5-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 33-cü beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Turnirdə 9 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn Avropa Oyunlarına hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Murad Məmmədov, Elman Muxtarov (hamısı 59 kq), Rüstəm Əliyev (71 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq) və Saman Təhmasibiyə (98 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 4-də 59, 71, 80 və 98 kq, aprelin 5-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti