...

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar üzgüçülük üzrə beynəlxalq turnir başlayır

İdman Materials 1 May 2015 10:20 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar üzgüçülük idman növü üzrə beynəlxalq turnir başlayır.
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar üzgüçülük üzrə beynəlxalq turnir başlayır

Azərbaycan, Bakı, 1 may /Trend/

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar üzgüçülük idman növü üzrə beynəlxalq turnir başlayır.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov Trend-ə bildirib ki, mayın 2-7-də Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar üzgüçülük idman növü üzrə beynəlxalq turnir start götürəcək. M.Rəhimovun sözlərinə görə, bu beynəlxalq turnirə turnirə 6 ölkədən 90-a yaxın idmançı qatılması planlaşdırılır. Turnir çərçivəsində idmançılar üzgüçülüyün bütün növlərində müxtəlif məsafələrdə güclərini sınayacaq.

Federasiyadan verilən məlumata görə, 1997-98-ci il təvəllüdlü və daha kiçik yaş həddlərində mübarizə aparacaq üzgüçülər arasında Azərbaycan komandası 40 idmançı ilə təmsil olunacaq. Turnirə Gürcüstan komandası 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya və Ukrayna komandaları isə hərəsi 4 üzgüçü ilə iştirak edəcək.

Qonaq komandaların gəlişi may ayının 2-ə nəzərdə tutulub. Açılış mərasımı isə may ayının 3-də Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək. May ayının 6-da turnirin qalibləri Azərbaycan Üzgüçülük Federasiyasının təsis etdiyi medallar və diplomlar, eləcə də qiymətli hədiyyələrlə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti