...

Məşhur futbolçu Mursini dəstəklədiyinə görə pullarından oldu

İdman Materials 8 May 2015 15:21 (UTC +04:00)
Misir hakimiyyəti Afrika futbolunun keçmiş ulduzu Məhəmməd Abutrikanın aktivlərini müsadirə edib.
Məşhur futbolçu Mursini dəstəklədiyinə görə pullarından oldu

Azərbaycan, Bakı, 8 may /Trend/

Misir hakimiyyəti Afrika futbolunun keçmiş ulduzu Məhəmməd Abutrikanın aktivlərini müsadirə edib.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, futbolçu ölkədə qadağan edilmiş "Müsəlman qardaşlar" təşkilatını maliyyələşdirməkdə təqsirləndiriilir.

Futbolçu pullarını qurban verməyə hazır olduğunu qeyd edib: "Misiri tərk etmək istəmirəm və ölkənin təhlükəsizliyi naminə işi davam etdirəcəyəm".

Xatırladaq ki, M.Abutrika 2012-ci ildə prezident seçkilərində qalib gəlmiş Məhəmməd Mursinin namizədliyini dəstəkləmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti