• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İdman

Çempion dəyişdi, 3-cü yerin sahibi mövqeyini qorudu (FOTO)

18 May 2015 14:56 (UTC+04:00)
  • 0
  • 0

"AtaBank" ASC-nin dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupu və "Synergy Group" ASC əməkdaşları arasında keçirilən mini-futbol turniri başa çatıb. Gərgin və maraqlı keçən yarışın yekununa əsasən yeni çempion müəyyənləşib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin 4-cü ilində "AtaTexnologiya" adını qaliblər sırasına yazdırıb. Onlar finalda yarışın dəyişməz çempionu "No Name" komandasını "taxt"dan salıblar. Üçüncü yerin sahibinin adı isə dəyişməz qalıb. "Gobustone" yenə də son görüşdə qələbə sayəsində fəxri kürsüdə yer almağı bacarıb.

Belə ki, mayın 16-da meydana ilk çıxan "Gobustone" üçüncü yer uğrunda görüşdə "Cybernet"i sınağa çəkib. Tennis Akademiyasında baş tutan, AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun finaldan belə fərqlənməyib. Çünki matç hər 2 komanda üçün böyük əhəmiyyət daşıyırdı. "Gobustone" ardıcıl ikinci il yarımfinalda uduzduğundan ən azı bürünc medalını qorumaq, "Cybernet" isə ilk dəfə mükafatçılar sırasına düşmək arzusundaydı. Bu səbəbdən də komandalar sona kimi ehtiyatlı oynasalar da bir səhv hər şeyi həll edib. Görüşün başa çatmasına 11 dəqiqə qalmış autdan göndərilən topu "Gobustone"nun üzvü Anar Əliyev məharətlə rəqib qapısından keçirib. Ardınca "Cybernet" status-kvonu bərpa edib görüşü əlavə vaxta daşımaq üçün irəli atıldıqda, qapısında 2-ci qolu görüb. Düzdür, bu qol onları sanki "yuxudan" ayıldıb. Heç, 1 dəqiqə keçməmiş fərqi minimuma endirib, hətta qapıçıları "Gobustone"nun penalti zərbəsini belə dəf edib. Lakin komanda kifayət qədər azarkeşin izlədiyi oyunda məğlubiyyətdən qaça bilməyib.

Bu görüşdən sonra "No Name"lə "AtaTexnologiya" turnirin ən güclüsünü müəyyənləşdiriblər. Arenaya toplaşan çoxsaylı tamaşaçılar sözün həqiqi mənasında adına layiq finala şahidlik ediblər. Ötən il olduğu kimi bu dəfə də çempion cəmi 1 qolla bəlli olub.

Lakin qalibin adı tarixə fərqli düşüb. 3 ildir bütün rəqiblərindən üstün olan "No Name" titulunu təhvil verib. Düzdür, matça yaxşı başlayan komanda sonadək hücum futbolu oynayıb. Amma qrup mərhələsində, o cümlədən 1/4 və 1/2 finalda məğlubiyyət acısı yaşamayan "AtaTexnologiya" 17-ci dəqiqədə qarışıqlıqdan istifadə edib vurduğu qolu sonadək qoruyub. Əsasən müdafiəyə diqqət yetirən və əks-hücumlara bel bağlayan komandanın qalib gəlməsində qapıçısı Cahangir Qənizadənin də əməyi az olmayıb. O, "No Name"in ardıcıl hücumlarının - güclü zərbələrinin qarşısını inamla alıb. Məğlubiyyətlə barışmaq istəməyən və azarkeşlərinə növbəti çempionluğu hədiyyə etmək arzusunda olan "Adsız komanda" sonda fasilə götürərək, hətta qapıçısını da oyuna qoşub. Lakin bu il həqiqətən çox güclü olan "AtaTexnologiya" üstünlüyünü əldən verməyib və rəqibinin uğurlu seriyasına son qoyub.

Beləliklə, 1,5 ay davam edən uzun marafon "AtaTexnologiya"nın layiqli qələbəsi ilə başa çatıb. "No Name" komandası ikinci olduğu halda, "Gobustone" ilk "üçlüyü" qapayıb.

Üçüncü yer uğrunda

"Cybernet" - "Gobustone" - 1:2

Qollar: Elçin Bəkirov, 44 - Anar Əliyev, 39; Bayram Abdullayev, 43

48-ci dəqiqədə Anar Əliyev penaltidən istifadə edə bilməyib

Final

"AtaTexnologiya" - "No Name" - 1:0

Qol: Ramiz Boqdanov, 17

Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı "AtaBank" ASC-nin İdarə Heyətinin sədri Etibar Babaşlı çempionatın daha maraqlı və gərgin keçdiyini bildirib. Ötən illərdə "No Name"lə çempion olan, bu dəfə yarışı kənardan izləyən sədr çıxışında zarafatından da qalmayıb. İlk dəfə məhz onun rəhbərliyi altında çempionun dəyişdiyini qeyd edən E. Babaşlı bunun növbəti ildə gərginliyi artıracağını vurğulayıb. Onun sözlərinə görə, gələn il çempionluq savaşı revanş xarakteri də daşıya bilər.

"AtaBank" ASC-nin İdarə Heyətinin sədrinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi də təşkil olunub. Çempiona Almaniyadan gətirilən yeni kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimdə yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "Gobustone"nun lideri Vüqar Həmidov seçilib. Yarışın bombardiri adına Qorxmaz Ağayev (AtaTexnologiya, 13 qol) yiyələnib. Habelə, çempion Cahangir Qənizadə qapıçılar arasında da bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Synergy Group ASC
  • AtaHolding
  • AtaBank ASC
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycanda holdinq rəhbərliyində DƏYİŞİKLİK oldu
Biznes və iqtisadiyyat xəbərləri 12 Fevral 17:02
Düzgün PR – uğurlu imic (FOTO)
İqtisadiyyat 21 Dekabr 2017 10:15
Respublika Gününə həsr edilmiş "Что, Где, Когда" oyunu keçirilib (FOTO)
Cəmiyyət 26 May 2017 10:29
PR menecerlər arasında breyn-rinq yarışı keçirilib
Biznes və iqtisadiyyat xəbərləri 16 Mart 2017 16:45
Biznesdə keyfiyyət idarəetmə sistemi təlimi keçirilib (FOTO)
İqtisadiyyat 8 Noyabr 2016 10:39
“Excelsior Hotel & Spa Baku”da “Musiqi bayramı” keçiriləcək
Cəmiyyət 19 Sentyabr 2016 17:47
"AtaBank" ASC Xocalı faciəsinə həsr edilmiş tədbir keçirdi (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 22 Fevral 2016 10:37
“AtaBank”dan "İnanılmaz təkliflər" kampaniyasına start verildi
Biznes və iqtisadiyyat xəbərləri 6 Yanvar 2016 11:22
“AtaBank” ASC-dən yeni xidmət kanalı aktiv olundu
Biznes və iqtisadiyyat xəbərləri 21 Oktyabr 2015 08:58
"AtaBank"ın Yevlax filialının müştərisi 500 manat qazandı
Biznes və iqtisadiyyat xəbərləri 16 Oktyabr 2015 12:59
“AtaBank” ASC bankomatlarının sayını artırır
Biznes və iqtisadiyyat xəbərləri 8 Oktyabr 2015 12:53
“AtaBank”-ın Korporativ Sosial Məsuliyyət layihələri davam edir (FOTO)
Biznes və iqtisadiyyat xəbərləri 1 Oktyabr 2015 12:36
Rayon sakini "AtaBank" – dan 500 manat qazandı
Biznes və iqtisadiyyat xəbərləri 18 Avqust 2015 10:45
"AtaBank" premium kartlara endirimlər təklif edir
Biznes və iqtisadiyyat xəbərləri 22 İyul 2015 11:18
“AtaBank” bankomatlarının sayını artırır
Biznes və iqtisadiyyat xəbərləri 11 İyun 2015 10:20
"AtaBank" filial sayını artırmağa davam edir
Biznes və iqtisadiyyat xəbərləri 26 May 2015 09:00
“AtaBank” ASC nəğdsiz ödənişlər şəbəkəsini modernləşdirir
Biznes və iqtisadiyyat xəbərləri 22 Aprel 2015 09:37
"AtaBank"ın "AtaNet" internet bankçılıq məhsuluna böyük maraq var
Biznes və iqtisadiyyat xəbərləri 5 Noyabr 2014 10:57
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter