...

"Xəzər Lənkəran" "Qarabağ"la bacarmadı

İdman Materials 8 Noyabr 2015 18:14 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir
"Xəzər Lənkəran" "Qarabağ"la bacarmadı

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycan Premyer Liqasında XII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Xəzər Lənkəran" doğma meydanda çempionatın lideri "Qarabağ"ı qəbul edib.

Azarkeşlər oyunda bir qol görüblər. 33-cü dəqiqədə Əfran İsmayılov Ağdam təmsilçisinə qələbə gətirən qola imza atıb.

Beləliklə, "Qarabağ" 12 oyundan sonra xalını 29-a yüksəldib. Lənkəran təmsilçisi isə 12 xalla 7-cidir.

Xəbər lenti

Xəbər lenti