• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İdman

Səmti müəyyən etmə üzrə açıq ölkə çempionatı başa çatdı (FOTO)

10 Noyabr 2015 17:02 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Şabran və Xaçmaz rayonlarında Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti açıq ölkə çempionatına yekun vurulub.

Trend-in məlumatına görə, iki gün davam yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 200-dən çox idmançı orta və uzun məsafə üzrə mübarizə aparıb. Belə ki, Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafədə K21 kateqoriyasında Latviyalı Delins Kaspars bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatıb. Türkiyəli idmançı Cevdet Coşkun (AOSK) və Sergey Telegin (DİK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Orta məsafədə olduğu kimi uzun məsafədə də D.Kaspars fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnib. Fövqəladə Hallar Nazirliyinin idmançısı Mirzə Hüseynzadə ikinci, C.Coşkun isə üçüncü olub.

Q21 kateqoriyasında orta məsafədə "Neftçi" klubunun idmançısı, dəfələrlə ölkə çempionu Nataliya Əliyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Anna Kamayeva (İrbis İK) gümüş, Verdiyeva Sevda (FHN) isə bürünc medal qazanıb. Həmin kateqoriyada uzun məsafədə N.Əliyeva bütün nəzarət məntəqələrində qeyd olunaraq yenə də fəxri kürsünün ən yüksək zirvəsində yer alıb, Maşkova Olqa (DİK) və A.Kamayeva isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İki günün nəticəsinə uyğun olaraq isə komanda hesabında "Neftçi" klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası ikinci, Dağçılıq İdman Klubu isə üçüncü olub.

Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • səmti müəyyən etmə
Azernews Newspaper
Digər xəbərlər
"Beynəlxalq səmti müəyyənetmə günü" münasibətilə yarış təşkil edilib (FOTO)
İdman 12 May 2016 16:05
Silahlı Qüvvələrin hərbi qulluqçuları arasında səmti müəyyən etmə yarışları başlayıb
Cəmiyyət 22 İyul 2014 17:09
Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışı keçirilib (FOTO)
İdman 3 İyun 2014 19:39
Neft, qaz, kimya sənayesi işçilərinin açıq yarışına yekun vurulub (FOTO)
İdman 29 Aprel 2014 17:33
Xaçmazda səmti müəyyən etmə idmanı üzrə I Beynəlxalq Açıq Kubok Yarışının rəsmi açılışı olub
İdman 11 May 2013 12:10
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter