...

AFFA "İnter"in borcunu UEFA-nın vəsaitindən çıxdı

İdman Materials 21 Yanvar 2016 19:30 (UTC +04:00)

Bakı. Trend:

"İnter" klubu üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 UEFA Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya - 40.000 avro, 2015/16 UEFA Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) - 630.000 avro və Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsait - 38.970 avro) təşkil edir.

"İnter" PİK-in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.

Xəbər lenti

Xəbər lenti