...

"Renault" yeni maşınını təqdim etdi (FOTO)

İdman Materials 3 Fevral 2016 20:58 (UTC +04:00)
"Renault" komandası 2016-cı il mövsümü üçün hazırladığı RS16 bolidini təqdim edib.
"Renault" yeni maşınını təqdim etdi (FOTO)

Bakı. Trend:

"Renault" komandası Formula 1-in 2016-cı il mövsümü üçün hazırladığı RS16 bolidini təqdim edib.

Trend "F-1.az" saytına istinadən xəbər verir ki, "Renault" komandası bu gün Fransanın Paris şəhərində mətbuat konfransı keçirərək 2016-cı il mövsümü üçün hazırladıqları bolidi təqdim edib. Beləliklə, Fransa təmsilçisi 2016-cı il bolidini təqdim edən ilk komanda olub.

Komanda bu konfransda rəhbərliyini də təqdim edib. "Renault" komandasının başçısı Siril Abitebul olacaq. Frederik Vassyör yarış direktoru, Bob Bell isə komandanın texniki direktoru olacaq.

Mətbuat konfransında Renault-un yeni pilotları olan Kevin Maqnussen və Colion Palmer də təqdim olunub. "Renault" komandası həm də ehtiyat sürücülərini təqdim edib. Bu, GP3 üzrə dünya çempionu titulunu qazanmış 20 yaşlı Esteban Okondur. Fransalı sürücü 2014-cü ildə FIA European F3 seriyasında, 2015-ci ildə isə GP3 seriyasında dünya çempionu titullarını qazanıb. Karmen Xorda isə gələn il də komandada qalacaq. O, Renault-un təkmilləşdirmə üzrə pilotu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti