...

Fernando Alonso: "Bakıda əsrarəngiz yarışmanın şahidi olacaqsınız" (ƏLAVƏ OLUNUB) (FOTO)

İdman Materials 8 Mart 2016 12:49 (UTC +04:00)
"2016-cı il Formula-1 Avropa Qran Prisinə səfir kimi qatılmaq mənim üçün çox vacibdir"
Fernando Alonso: "Bakıda əsrarəngiz yarışmanın şahidi olacaqsınız" (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

"2016-cı il Formula-1 Avropa Qran Prisinə səfir kimi qatılmaq mənim üçün çox vacibdir". Trend-in məlumatına görə, bunu Bakıda Formula-1 yarışı üzrə ikiqat dünya çempionu, hazırda "McLaren Honda" komandasının heyətində yarışan Fernando Alonso bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

F.Alonso Bakıdakı sürətli yolları sınaqdan keçirdiklərini bildirib: "Biz sürətli yolları sınaqdan keçirdik. Mən bütün pilotların adından çıxış edirəm. Bizim üçün burada sürətli yürüşə çıxmaq böyük məmnuniyyət olacaq".

O deyib ki, bu yarışı canlı hiss etmək çox fərqli bir aləmdir: "Adətən insanlar bu yarışı televiziyadan izləyirlər. Ancaq bu yarışı yaratmaq, onun iştirakçısı olmaq başqa bir hissdir".

Pilot əlavə edib ki, Bakıda yarış üçün müvafiq şətait yaradılıb: "Yolla bərabər gözəl infrastruktur və hotellər var. Hesab edirəm ki, əsrarəngiz yarışmanın şahidi olacaqsınız".

F.Alonso bildirib ki, pilotlar öz avtomobillərini düzgün quraşdırmalıdırlar. Onun sözlərinə görə, pilotlar üçün əsas çağırış döngələri dönən zaman sürəti birdən-birə aşağı endirməklə bağlıdır.

Onun sözlərinə görə, Bakıda yarışmada 340 km/saata qədər sürət yığmaq mümkün olacaq.

F.Alonso Formula-1 yarışmasının inkişafından da söz açıb. O, qeyd edib ki, Formula-1 son iki il ərzində böyük inkişaf yolu keçib: "Çalışırıq ki, bu yarışmanı dünyada daha çox tanıdaq, insanlar bu yarışmanın tam məğzini anlaya bilsinlər. Formula-1 Azərbaycana ilk dəfə gəlir. Hesab edirəm ki, azərbaycanlılar bu yarışmanı bəyənəcək, çünki Formula-1 dünyada ən çox izlənilən idman növüdür".

Formula-1 yarışmasının Bakının tarixi abidələrinə hər hansı təsirinin olub-olmaması barədə sualı cavablandıran F.Alonso qeyd edib ki, bu yarışma heç bir problem yaratmır: "Bunun heç bir təsiri yoxdur, heç bir problem yaratmır. Hər şey çox gözəl nizamlanır və təşkil edilir. Bütün bu məsələlər təşkilatçıların qarşısında duran əsas prioritet məsələlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti