...

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilir (FOTO)

İdman Materials 12 May 2016 13:58 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turniri keçirilir.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilir (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turniri keçirilir.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Mayın 7-də start verilən və 14 komandanın iştirak etdiyi turnir iyunun 4-də başa çatacaq. Turnirdə ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara diplom və mükafat, turnirin qalibinə isə kubok təqdim ediləcək.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq bu cür turnir ənənəvi olaraq hər il təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti