...

Dopinq qalmaqalı: Velosipedçimiz yığma komandadan və klubdan kənarlaşdırıldı

İdman Materials 14 Aprel 2017 17:24 (UTC +04:00)
Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən böyük narahatlıqla qarşılanıb.
Dopinq qalmaqalı: Velosipedçimiz yığma komandadan və klubdan kənarlaşdırıldı

Bakı. Trend:

Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən böyük narahatlıqla qarşılanıb.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə M.Averin yığma komandadan və klubdan kənarlaşdırılıb.

İdmançı ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti