...

Bakı-2017: Türkiyə Əlcəzairlə bacarmadı (FOTO)

İdman Materials 8 May 2017 14:36 (UTC +04:00)
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışları davam edir.
Bakı-2017: Türkiyə Əlcəzairlə bacarmadı (FOTO)

Bakı. Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışları davam edir.

Trend-in məlumatına görə, B qrupunda Əlcəzair və Türkiyə yığmaları qarşılaşıblar.

"Bayıl Arena"da keçirilən oyunda Əlcəzair futbolçuları qalib gəliblər - 2:1.

Xatırladaq ki, bu gün saat 18:30-da "Bayıl Arena"da Azərbaycan - Kamerun oyunu da keçiriləcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti