...

Azərbaycan güləşçisi bürünc medal qazandı

İdman Materials 17 May 2017 18:22 (UTC +04:00)
Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.
Azərbaycan güləşçisi bürünc medal qazandı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, 3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub.

Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti