...

Millimiz Belarusa yenə də uduzdu

İdman Materials 25 Avqust 2017 10:52 (UTC +04:00)
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
Millimiz Belarusa yenə də uduzdu

Bakı. Trend:

Minsk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Belarusun U-19 komandası ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.

Bu komandalar arasında avqustun 22-də keçirilmiş yoldaşlıq oyunu da belaruslu futbolçuların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti