...

"Kəpəz" seneqallı futbolçu aldı

İdman Materials 27 Oktyabr 2017 13:27 (UTC +04:00)

Bakı. Trend:

“Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Trend-in məlumatına görə, Gəncə klubu Ba Aladji Mansur ilə mövsümün sonunadək anlaşıb.

Seneqallı oyunçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, 27 yaşlı futbolçu son olaraq Mərakeşin "Kenitra" klubunun formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti