...

"Kəpəz" meydanı sulamadığına, "Neftçi" azarkeşlərinə görə cərimələndi

İdman Materials 8 Noyabr 2017 15:29 (UTC +04:00)
"Kəpəz" meydanı sulamadığına, "Neftçi" azarkeşlərinə görə cərimələndi

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda noyabrın 5-də Premyer Liqanın XI turunun “Kəpəz” – “Qarabağ” matçında “Kəpəz” klubu meydanı sulamadığına görə klubun 800 manat cərimə olunması haqqında qərar qəbul olunub.

“Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Zirə” klubunun təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti