...

UEFA "Kəpəz"in futbolçusunun hərəkətini təqdir etdi

İdman Materials 15 Dekabr 2017 13:44 (UTC +04:00)
UEFA-nın "Fair-Play" və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub.
UEFA "Kəpəz"in futbolçusunun hərəkətini təqdir etdi

Bakı. Trend:

UEFA-nın "Fair-Play" və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub.

Trend-in AFFA-ya istinadən məlumat verir ki, Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz” PFK-ya, surəti isə AFFA-ya ünvanlanıb.

Məktubda Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi "fair-play" nümunəsi təqdir olunub.

Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, V.Oseqeyl isə referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi. V.Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın "Fair-Play" və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti