...

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turunda Karyakina qalib gəlib

İdman Materials 11 Mart 2018 00:52 (UTC +04:00)
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turu çərçivəsində rusiyalı Sergey Karyakina qalib gəlib.
Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turunda Karyakina qalib gəlib

Bakı. Trend:

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin birinci turu çərçivəsində rusiyalı Sergey Karyakina qalib gəlib.

Trend-in məlumatına görə, turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti