...

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışının finalı başladı (FOTO)

İdman Materials 17 Mart 2018 12:39 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışının finalı başladı (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının final mərhələsinə start verilib.

Trend-in məlumatına görə, bu mərhələdə gimnastlar ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq medallar uğrunda mübarizə aparırlar.

Final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti