...

Tamaşaçı: Uşaqlar Bakıda bədii gimnastika üzrə Dünya Kubokunu böyük maraqla izləyirlər

İdman Materials 29 Aprel 2018 17:28 (UTC +04:00)
Uşaqlar Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunu böyük maraqla izləyirlər.
Tamaşaçı: Uşaqlar Bakıda bədii gimnastika üzrə Dünya Kubokunu böyük maraqla izləyirlər

Bakı. Cani Babayeva - Trend:

Uşaqlar Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunu böyük maraqla izləyirlər.

Bu barədə Trend-ə Milli Gimnastika Arenasına öz qızı ilə gələn tamaşaçı Oleq Buqlov deyib.

O.Buqlov bildirib: "Yarışlara baxmağa ikinci dəfə gəlirik. Qızım aerobika ilə məşğul olur və onu bura gimnastların çıxışının necə keçdiyini göstərib ruhlandırmaq və stimul vermək məqsədilə gətirmişəm. Özü də etiraf edir ki, bu yarış ona çox maraqlıdır".

Tamaşaçı qeyd edib ki, Bakıda Dünya Kuboku yüksək səviyyədə təşkil edilib: "Zalda çoxlu azarkeşin olması və onların idmançılara dəstəyi mühüm amildir".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti