...

"Qəbələ"nin stadionuna dəymiş ziyanı "Kəpəz" ödəyəcək

İdman Materials 2 May 2018 12:25 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Qəbələ"nin stadionuna dəymiş ziyanı "Kəpəz" ödəyəcək

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 25-ci turunun bir sıra oyunları ilə bağlı qərarlar qəbul olunub.

Aprelin 28-də Premyer Liqanın XXV turunun “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödəniləcək.

Aprelin 29-da “Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti