...

Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb

İdman Materials 23 İyun 2018 15:32 (UTC +04:00)
Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb
Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb.

İdman gimnastikası üzrə təsnifat yarışlarındakı çıxışından sonra təəssüratlarını Trend-ə bölüşən rus gimnast deyib ki, Bakıda ilk dəfə olur və burada çıxış etmək çox xoşuna gəlib:

"Sizin gözəl arenanız və keyfiyyətli idman alətləriniz var".

Gimnast öz çıxışları barəsində yüksək fikirdədir və Olimpiya oyunlarına vəsiqə qazanacağına ümid edir:

"Ümumilikdə çıxışlar uğurlu oldu. Qeyr-bərabər barlarda bəzi səhvlər oldu, ancaq bu nəticəyə təsir etmədi. Ümid edirəm ki, mən Buenos-Ayresdəki Olimpiadaya düşə biləcəyəm".

Qeyd edək ki, Y.Busse birinci rotasiyadan sonra 80,731 balla birinci yerdədir.

Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir.

Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.

Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparır.

Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edir.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti