...

Tamaşaçı: Azərbaycan Gimnastika Federasiyası uşaqlarda idmana sevgi aşılayır

İdman Materials 23 İyun 2018 23:15 (UTC +04:00)
Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifatı kimi səviyyəli yarışlara tamaşa etmək həmişə maraqlıdır
Tamaşaçı: Azərbaycan Gimnastika Federasiyası uşaqlarda idmana sevgi aşılayır

Bakı. Ənvər Məmmədov - Trend:

Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifatı kimi səviyyəli yarışlara tamaşa etmək həmişə maraqlıdır.

Bunu Trend-ə Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının tamaşaçısı İsgəndər Cavadov bildirib.

Onun sözlərinə görə, o turnirə idmana sevgi aşılamaq ümid etdiyi nəvələri ilə gəlib: "Mən bura nəvələrimlə gəlmişəm ki, onlar müxtəlif ölkələrdən olan idmançıları sehr etsinlər və idmanı sevsinlər. Azərbaycan Gimnasika Federasiyasına bu cür beynəlxalq yarışlar keçirməklə uşaqlara idmanı sevməyi öyrətdiyinə görə təşəkkür edirəm".

Tamaşaçı nəvələri ilə bu cür yarışları buraxmamağa çalışdığını və yarışların təşkilinin yüksək səviyyədə olduğu vurğulayıb.

Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilib.

Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparıb.

Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edib.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti