...

Bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinin ilk gününün mükafatçıları mükafatlandırılıb (FOTO)

İdman Materials 18 Avqust 2018 19:35 (UTC +04:00)
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü atletlərin yarışlarının qalibləri mükafatlandırılıb
Bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinin ilk gününün mükafatçıları mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü atletlərin yarışlarının qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, 2010-cu il təvəllüdlü gimnastlar kateqoriyasının fərdi hərəkətlər proqramında çoxnövçülük üzrə alətsiz və ip ilə hərəkətlərdə, 2009-cu il təvəllüdlü gimnastlar kateqoriyasının çoxnövçülük üzrə alətsiz və top ilə hərəkətlər üzrə qaliblər məlum olub.

Balalar yaş kateqoriyasında Nəzrin Salmanlı birinci, Şəms Müvaffaqi (hər ikisi “Ocaq”) ikinci, İlahə Bahadırova (Bakı Gimnastika Məktəbi) isə üçüncü yerə layiq görülüblər.

Çoxnövçülük üzrə halqa ilə hərəkətlərdə Azadə Atakişiyeva, Lalə Əzizzadə, Əminə Həsənova fəxri kürsüdə qərarlaşıblar. Balalar yaş kateqoriyasında çoxnövçülük üzrə top və alətsiz hərəkətlərdə də eyni üçlük ilk yerləri paylaşıb.

Balalar yaş kateqoriyasında 2009-cu il təvəllüdlü atletlər arasında birinci yerə Gövhər İbrahimova, ikinci yerə Məryəm Əliyeva (“Ocaq”), üçüncü yerə isə qazaxıstanlı Arzuhan Kassumova və Misirli Alia Ossama layiq görülüblər.

Fəxri kürsüdə yer alan atletlərə diplom və mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti