...

Azərbaycan gimnastı Yeniyetmələrin III Olimpiya Oyunlarının çempionu olub

İdman Materials 11 Oktyabr 2018 10:41 (UTC +04:00)
Azərbaycan gimnastı Yelizaveta Luzan Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub.
Azərbaycan gimnastı Yeniyetmələrin III Olimpiya Oyunlarının çempionu olub

Bakı. Trend:

Azərbaycan gimnastı Yelizaveta Luzan Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub.

Trend-in məlumatına görə, idmançımız Olimpiya Oyunlarının yeni formatına əsasən, bütün gimnastika növləri üzrə qarışıq komandaların yarışında qızıl medal qazanıb.

Beləliklə, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti