...

Qalib güləşçi Turan Bayramov: Sevincimin həddi-hüdudu yoxdur (VİDEO)

İdman Materials 15 Oktyabr 2018 13:17 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.
Qalib güləşçi Turan Bayramov: Sevincimin həddi-hüdudu yoxdur (VİDEO)

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.

Trend-in məlumatına görə, sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti