...

Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb (FOTO)

İdman Materials 21 Oktyabr 2018 04:28 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub
Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb (FOTO)

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan Səbinə uğurlu çıxışın davamını pley-offda da gətirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn Kərimova 1/4 finalda Türkiyə idmançısı Aylin Çakırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.

Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.

6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti