...

Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş keçirilib (FOTO)

İdman Materials 25 Oktyabr 2018 15:36 (UTC +04:00)
Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş keçirilib.
Yeniyetmələrin III Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Olimpiya Komitəsi (MOK) Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının şərəfinə “Zəfər günləri” adlı tədbir təşkil edib.

Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Komitənin baş katibinin müavini Azər Əliyev və idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarından bəhs edən videoçarxın nümayişindən sonra çıxış edən Ç.Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və atletlərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirib:

"Bu dəfə qazanılan medalların hər biri fərqli idman növü üzrədir. İndiyədək belə nəticə olmayıb. Bu məqam Azərbaycanda idmanın inkişafından, yüksək səviyyədə olmasından xəbər verir".

Sonra Buenos-Ayres 2018-in fəxri kürsüsündə yer alan idmançılara Olimpiya diplomu və xüsusi mükafat verilib. Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, Olimpiadaya 17 idmançı ilə qatılan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti