...

Şpaqaçımız Bəhreyndə Dünya Kuboku mərhələsində gümüş medal qazanıb (FOTO)

İdman Materials 21 Yanvar 2019 09:25 (UTC +04:00)
Şpaqaçımız Ruslan Həsənovun Bəhreyndə keçirilən gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb
Şpaqaçımız Bəhreyndə Dünya Kuboku mərhələsində gümüş medal qazanıb (FOTO)

Bakı. Trend:

Kişi şpaqaçılarımız Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyevdən ibarət yığma komandamız Bəhreynin paytaxtı Manama şəhərində keçirilən gənclərin Dünya Kuboku mərhələsində iştirak edib.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, şpaqaçılarımızdan Ruslan Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-off-a yüksəlib. 1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini 15:9 hesabı ilə məğlub edən Ruslan, 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində 15:10 hesablı qələbə qazanıb. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə 15:13 hesabı ilə qalib gəlib. 1/2 finalda Qazaxıstan idmançısı Aleksandr Savinə 15:7 hesabı ilə qalib gələn Həsənov, finalda Çex Respublikası təmsilçisi Yakub Yurka ilə qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Ruslan Həsənov gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Barat Quliyev isə 1/32 və 1/16 finalda Səudiyyə Ərəbistanını təmsil edən rəqiblərini məğlub edib. Müvafiq olaraq, Əbdülkərim Alotaibi (15:7) və Hüseyn Altavelə (15:9) qalib gələn Barat Quliyev 1/8 finalda Estoniyanı təmsil edən Yaron Kiroyaya 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə uduzub. (9:15)

Qrupu 2 qələbə ilə başa vuran şpaqaçımız Kənan Məlikzadə isə 1/32 finalda Bəhreyn idmançısı Abdulla Albaluşiyə 15:14 hesabı ilə qalib gəlsə də, 1/16 finalda braziliyalı Aleksandr Kamarqoya 6:15 hesabı ilə uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti