...

Aerobika gimnastikası üzrə millimizin üzvləri 2 medal qazandı (FOTO)

İdman Materials 8 Aprel 2019 10:53 (UTC +04:00)
Bratislava şəhərində aerobika gimnastikası üzrə “Açıq Slovakiya Çempionatı” öz işinə yekun vurub.
Aerobika gimnastikası üzrə millimizin üzvləri 2 medal qazandı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bratislava şəhərində aerobika gimnastikası üzrə “Açıq Slovakiya Çempionatı” öz işinə yekun vurub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344) qazandırıb.

Gimnastlarımızın daha bir uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V. Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahibləniblər.

Qarışıq cütlükdə igimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerlə turniri başa vurublar.

9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında 1-ciliyə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti