...

İspaniya gimnastları: Milli Gimnastika Arenası böyük və gözəldir (FOTO)

İdman Materials 25 Aprel 2019 16:32 (UTC +04:00)
İspaniyalı gimnastlar Bakı Milli Gimnastika Arenasına heyran olduqlarını bildiriblər.
İspaniya gimnastları: Milli Gimnastika Arenası böyük və gözəldir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətlərində çıxış edəcək ispaniyalı gimnastlar Klara Eskerdo və Viktoriya Kuadrilyero Redondo Bakıda Milli Gimnastika Arenasına heyran olduqlarını bildiriblər. Bunu idmançılar Trend-ə müsahibəsində deyib.

K.Eskerdo Azərbaycanda iki il əvvəl Dünya Kubokunda iştirak etdiklərini deyib: “Bakı şəhəri və əlbəttə ki, Gimnastika Arenası bizim çox xoşumuza gəlir. Bu arena böyük və gözəldir. Məşqlər üçün lazımi şərait yaradılıb, çoxlu xalçalar var. Bu, çox rahatdır”.

V.K.Redondo bildirib ki, yarış ərəfəsində məşqlər çox yaxşı keçir və onlar Dünya Kubokunda uğurla çıxış edəcəklərinə ümid edirlər: “Biz yüksək yerlər tutmaq istəyirik. Bütün rəqiblər güclüdür, xüsusilə Bolqarıstan və İtaliya gimnastları əsas rəqiblərimizdir”.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti