...

Paracüdoçularımız Avropa çempionatında ilk sıradadır

İdman Materials 26 İyul 2019 23:25 (UTC +04:00)
Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya milli komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb
Paracüdoçularımız Avropa çempionatında ilk sıradadır

Bakı. Trend:

Azərbaycanın cüdo idman növü üzrə Paralimpiya milli komandası İtaliyanın Genuya şəhərində keçirilən Avropa çempionatının ilk günündə beş medal qazanıb.

Trend xəbər verir ki, qadınların yarışında Sevda Vəliyeva (57 kq) ikinci, Səbinə Abdullayeva (52 kq) isə üçüncü olublar.

Kişilərin mübarizəsində Bayram Mustafayev (66 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medal qazanıblar.

Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc mükafat qazanan Azərbaycan millisi medal sayına görə, birinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti