...

“Real Madrid” klubu “Valensiya”nı İspaniya Super Kubokununun yarımfinalında məğlub edib

İdman Materials 9 Yanvar 2020 03:12 (UTC +04:00)
“Real Madrid” klubu “Valensiya”nı 3:1 hesabı ilə məğlub edərək İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb
“Real Madrid” klubu “Valensiya”nı İspaniya Super Kubokununun yarımfinalında məğlub edib

Bakı. Trend:

“Real Madrid” klubu “Valensiya”nı 3:1 hesabı ilə məğlub edərək İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb.

Oyun Səudiyyə Ərəbistanın Ciddə şəhərində, “Kinq Abdullah Sports City” stadionunda keçirilib.

“Real Madrid” komandasından qolları: Toni Kros (15-ci dəqiqə), İsko (39-cu dəqiqə) və Luka Modriç (65-ci dəqiqə), “Valensiya”dan isə yeganə qolu Daniel Parexo (90-cı dəqiqə) vurublar.

Finalda “Real Madrid”, yanvarın 9-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq “Barselona” - “Atletiko” matçının qalibi ilə görüşəcək.

Xatırladaq ki, turnirin final görüşü yanvarın 12-də keçırıləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti