...

"Bavariya" Firminoya görə "Liverpul"a 90 milyon avro təklif edə bilər

İdman Materials 11 Fevral 2020 03:31 (UTC +04:00)
Almaniyanın "Bavariya" futbol klubu braziliyalı forvard Roberto Firminonu transfer etmə üçün "Liverpul"a 90 milyon avro təklif edə bilər
"Bavariya" Firminoya görə "Liverpul"a 90 milyon avro təklif edə bilər

Bakı. Trend:

Almaniyanın "Bavariya" futbol klubu braziliyalı forvard Roberto Firminonu transfer etmə üçün "Liverpul"a 90 milyon avro təklif edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçu Almaniya klubunun yay tranfer pəncərəsi üçün prioritet hədəfidir.

Qeyd edək ki, R.Firmino 2015-ci ildən "Liverpul"da çıxış edir, komandanın heyətində 228 oyuna çıxıb, 76 qol vurub və 59 qolla nəticələnən pas verib. Klubun heyətində braziliyalı futbolçu ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin heyətində isə R.Firmino 44 oyun keçirib və 13 qol vurub, həmçinin milli komandada ötən il Amerika Kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti