...

"Barselona"ya transfer olunan oyunçu koronavirusa yoluxub

İdman Materials 24 Avqust 2020 05:48 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubunun yarımmüdafiəçisi Miralem Pyaniç koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə "Sport" qəzeti bildirib.

Məlumata əsasən, 30 yaşlı oyunçu evdə karantindədir, oyunçunun vəziyyəti normal olaraq qiymətləndirilir

Qeyd edək ki, M.Pyaniç 2023/24 il mövsümünün sonuna qədər müqavilə bağlayaraq iyunun sonunda "Yuventus"dan "Barselonaya" transfer olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti