...

Azad olunmuş rayonlardan olan komandalar Region Liqasında iştirak edəcək

İdman Materials 8 Noyabr 2020 19:46 (UTC +04:00)
Azad olunmuş rayonlardan olan komandalar Region Liqasında iştirak edəcək

Bakı. Trend:

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən futbol komandaları Region Liqası turnirində iştirak edəcək.

Bu barədə Trend AFFA-ya istinadən xəbər verir.

"Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində iştirak edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti