Bakı. Trend:
Ukraynanın "Şaxtyor" Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda öz meydanında "Real"ı məğlub edib.
Trend TASS-a istinadən xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Dentinyo (57-ci dəqiqə) və Manor Solomon (82) vurublar.
Xatırladaq ki, daha əvvəl ukraynalılar Madriddə qrup mərhələsinin ilk turunda "Real"ı 3:2 hesabı ilə məğlub edib.
"B" qrupunun turnir cədvəlində "Şaxtyor" 7 xalla ikinci, eyni xala malik "Real Madrid" isə üçüncü yerləri tuturlar.