...

Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər

İdman Materials 19 Aprel 2021 00:52 (UTC +04:00)
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) taekvando idman növü üzrə komandası təlim-məşq toplanışında iştirak etmək üçün Özbəkistana yola düşüb.

AMPK-dan Trend-ə bildiriblər ki, baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 6 parataekvondoçumuz aprelin 25-dək Daşkənddə hazırlıq prosesində iştirak edəcək.

Təlim-məşq toplanışı mayın 9-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa təsnifat oyunlarına hazırlıq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti