...

Ferstappen Formula-1 üzrə Ştiriya Qran Prisinin təsnifatının qalibi olub

İdman Materials 26 İyun 2021 18:41 (UTC +04:00)
Ferstappen Formula-1 üzrə Ştiriya Qran Prisinin təsnifatının qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Formula-1 üzrə Ştiriya Qran Prisinin təsnifatının qalib olub.

Trend-in məlumatına görə, təsnifatı ikinci pillədə "Mercedes" komandasının finlandiyalı pilotu Valttero Bottas, üçüncü pillədə isə onun britaniyalı komanda yoldaşı Lyuis Hemilton başa vurublar.

Qeyd edək ki, Formula-1 üzrə Ştiriya Qran Prisinin əsas yarışı iyunun 27-si Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti