...

Gimnastlarımız Koreya çempionatında onlayn yarışdan 2 medal qazanıb

İdman Materials 17 İyul 2021 19:24 (UTC +04:00)
Gimnastlarımız Koreya çempionatında onlayn yarışdan 2 medal qazanıb

Bakı. Trend:

Aerobika gimnastlarımız 6-cı “Korea Open” adlı açıq Koreya çempionatında iştirak ediblər.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, onlayn şəkildə təşkil edilmiş yarışın nəticələrinə əsasən böyüklər arasında fərdi kişi proqramı üzrə iştirak etmiş gimnast Vladimir Dolmatov 1-ci yerdə qərarlaşıb.

12-14 yaşlı gimnastlar arasında Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılovadan ibarət üçlük 3-cü olub. Eyni yaş qrupunda fərdi idmançılarla yarışan etmiş Məryəm Topçubaşova isə 66 gimnast arasında 9-cu nəticəni göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti