Bakı. Trend:
Fevralın 17-də UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Marsel" - "Qarabağ" oyunu 3:1 hesabı ilə başa çatıb.
Trend-in məlumatına görə, "Velodrom" stadionunda oynanılan qarşılaşmanın 41-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Arkadiuş Milik hesabı açıb. Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla imza atıb. Lakin Ağdam təmsilçiləri 85-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Kadi Borges komandasının ilk qolunu vurub. Cəmi 7 dəqiqə sonra Dimitri Payet oyunda son nöqtəni qoyub - 3:1.
Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edib.