...

İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb

İdman Materials 20 Fevral 2022 22:54 (UTC +04:00)
İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

Trend xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Silvia Semeraronu məğlub edərək yarışın qalibi olub.

Komandamızın digər üzvləri Tural Ağalarzadə (67 kq) gümüş, Turqut Həsənov (84 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan komandası yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti