...

UEFA Çempionlar Liqasının finalı oyununu Rusiyadan alıb

İdman Materials 25 Fevral 2022 13:47 (UTC +04:00)
UEFA Çempionlar Liqasının finalı oyununu Rusiyadan alıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi ilə əlaqədar UEFA Çempionlar Liqasının final matçının Sankt-Peterburqda keçirilməsi qərarını ləğv edib.

Trend-in məlumatına görə, matç Fransanın paytaxtı Parisdə "Park de Prens" stadionunda keçiriləcək.

Qərar UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclasında qəbul edilib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı mayın 28-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti