...

Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında Bolqarıstan gimnastları Azərbaycan musiqisi ilə çıxış ediblər (VİDEO)

İdman Materials 4 Mart 2022 12:12 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında Bolqarıstan gimnastları Azərbaycan musiqisi ilə çıxış ediblər (VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında Bolqarıstan gimnastları Kalina Terziyska və Kristiyan Angelov öz çıxışlarını Ələkbər Tağıyevin "Sən gəlməz oldun" kompozisiyası ilə təqdim edblər.

Trend-in məlumatına görə, Azərbaycan musiqisi ilə çıxış edən gimnastlar balans hərəkətlərində 25,650 xal toplayıb.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti