...

Yığma komandamız Polşada 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb

İdman Materials 28 Mart 2022 16:07 (UTC +04:00)
Yığma komandamız Polşada 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb

Bakı. Trend:

Martın 25-dən 27-dək Polşanın Krakov şəhərində tamblinq üzrə 9-cu Vavel beynəlxalq turniri keçirilib.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi təmsil edən yığma komandanın üzvləri Aleksey Karataşov, Adil Hacızadə qızıl medal qazanıb.

Tofiq Əliyev gümüş, Hüseyn Əsədullayev isə bürünc medala layiq görülüb.
Digər təmsilçilərimiz Bilal Qurbanov 4-cü, Mixail Malkin isə 5-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti