...

Dünya Kubokundan yalnız ən müsbət təəssüratlarım qalıb - İsraildən olan gimnast

İdman Materials 3 Aprel 2022 20:13 (UTC +04:00)
Dünya Kubokundan yalnız ən müsbət təəssüratlarım qalıb - İsraildən olan gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokundan yalnız ən müsbət təəssüratlarım qalıb.

Bu barədə Trend-ə dayaqlı tullanma üzrə proqramda gümüş medal qazanan İsrail idmançısı Andrey Medvedev deyib.

"Yarışın təşkili gözəldir, yaxşı idman zalı və alətlər var. Biz Bakıda birinci dəfə deyilik, bura öz evimiz kimi hesab edib gəlirik, bizi həmişə çox isti qarşılayırlar", - deyə gimnast qeyd edib.

Andrey Medvedev Kubokda qazandığı medaldan razı qaldığını, lakin gələcəkdə nəticəni yaxşılaşdırmağa çalışdığını vurğulayıb:

"Yarışda həmişə məqsəd medal qazanmaqdır. Ona görə də buna nail omaq həmişə sevindiricidir. Amma bugünkü çıxışımı təhlil etsəm, özümdən bir qədər narazıyam. Düşünürəm ki, bu, gələcəkdə öz üzərimdə işləmək üçün motivasiya olacaq", - deyə İsraildən olan idmançı bildirib.

Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti