Bakı. Trend:
Futbol üzrə UEFA Millətlər Liqasının üçüncü turu çərçivəsində keçirilən Slovakiya - Azərbaycan milliləri arasında oyun başa çatıb.
Trend xəbər verir ki, “Dalğa Arena” stadionunda keçirilən görüş qonaq komandanın qələbə ilə başa çatıb - 0:1.
Oyunun yeganə qolunu "Slovakiya" millisinin yarımmüdafiəçisi Vladimir Vays (81-ci dəqiqə) vurub.
Qarşılaşmanı litvalı baş hakim Donatas Rumsas idarə edib.