Bakı. Trend:
UEFA Millətlər Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, A, B və C Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda Avstriya Fransanı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən Kilian Mbappenin qolu ilə qurtulublar. Qrupun digər oyununda lider Danimarka Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.
B Liqasının 2-ci qrupunda Albaniya İsrailə 1:2 hesabı ilə uduzub.
C Liqasının 3-cü qrupunda Azərbaycan yığması Slovakiya ilə qarşılaşmada minimal hesabla məğlub olub. Belarus isə Qazaxıstanla görüşdə məğlubiyyətdən xilas olmağı bacarıb.
Nəhayət, D Liqasının 1-ci qrupunda Moldova Latviya yığmasına 2:4 hesabı ilə uduzub. Andorra isə Lixtenşeyn üzərində 2:1 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqası
A Liqası, 1-ci qrup
22:45. Avstriya - Fransa - 1:1
Qollar: Andreas Vayman, 37 - Kilian Mbappe, 83
22:45. Danimarka - Xorvatiya - 0:1
Qol: Mario Paşaliç, 69
Xal durumu: Danimarka - 6, Avstriya - 4, Xorvatiya - 4, Fransa - 2
B Liqası, 2-ci qrup
22:45. Albaniya - İsrail - 1:2
Qollar: Armando Broya, 45+2 - Manor Solomon, 57; 73
Xal durumu: İsrail - 4, İslandiya - 2, Albaniya - 1
C Liqası, 3-cü qrup
20:00. Azərbaycan - Slovakiya - 0:1
Qol: Vladimir Vayss, 81
22:45. Belarus - Qazaxıstan - 1:1
Qollar: Vladislav Malkeviç, 84 - Abat Aymbetov, 13
Xal durumu: Qazaxıstan - 7, Slovakiya - 6, Belarus - 2, Azərbaycan - 1
D Liqası, 1-ci qrup
20:00. Moldova - Latviya - 2:4
Qollar: İon Nikolaesku, 5 (pen.). Nikita Motspan, 64 - Vladislav Qutkovski, 19; 60. Yanis İkaunyek, 26; 75
22:45. Andorra - Lixtenşteyn - 2:1
Qollar: Xordi Alaes, 78 (pen.). Jezus Rubyo, 82 - Livio Mayer, 90+3
Xal durumu: Latviya - 9, Moldova - 4, Andorra - 4, Lixtenşteyn - 0.