...

Gimnastlarımız iki yarışdan uğurlu nəticə əldə edib

İdman Materials 27 İyun 2022 13:30 (UTC +04:00)
Gimnastlarımız iki yarışdan uğurlu nəticə əldə edib

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 24-dən 26-dək Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya kuboku və «Сoimbra Gym Fest 2022» adlı beynəlxalq turnir keçirilib. Dünya kubokunda ölkəmizi Selcan Mahsudova, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, beynəlxalq turnirdə isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edib.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən bildirir ki, Dünya kubokunda komandamıza yeganə medalı tamblinqçimiz Mixail Malkin qazandırıb. İdmançımız bütün rəqiblərini üstələyərək fəxri kürsünün birinci pilləsində yer alıb. Bu növ üzrə finalda mübarizə aparan tamblinqçimiz Tofiq Əliyev və batutçumuz Selcan Mahsudova isə Dünya kubokunu 5-ci pillədə başa vurub.

Beynəlxalq turnirdə fərdi növdə mübarizə aparan yığma komandamızın üzvləri Maqsud Mahsudov (batut), Aleksey Karataşov (tamblinq) qızıl, Bilal Qurbanov (tamblinq) isə gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti